Songfestival Azerbaijan

Finlandiyada “UMK 2026” üçün tarixi rekord!

MƏQALƏNİ PAYLAŞ:

Finlandiyanın Avroviziya seçim mərhələsi olan Uuden Musiikin Kilpailu (UMK) bu il öz tarixində yeni bir mərhələni geridə qoydu — müsabiqəyə ümumilikdə 491 mahnı göndərilib. Bu göstərici, yarışmanın yaranışından bəri qeydə alınan ən yüksək müraciət sayıdır və ölkədə Avroviziya coşqusunun getdikcə artdığını nümayiş etdirir.

Artıq UMK 2026-da mübarizə aparacaq 7 ifaçı seçilib. Onlar hazırda mahnılarının klip çəkilişləri ilə məşğuldurlar. Finlandiya tamaşaçıları bu sirli yeddi ulduzu 14 yanvar 2026-cı ildə rəsmi təqdimat mərasimində tanıyacaqlar.

Müğənnilər barədə bəzi maraqlı ipucları artıq məlumdur:

1. UMK səhnəsində ilk dəfə çıxış edəcək xarizmatik debütant, güclü enerjisi ilə diqqət çəkəcək;
2. Bugünün ən aktual musiqi janrını təmsil edən sənətçi;
3. Qlobal səviyyədə səs-küy yaradacağı gözlənilən bir ulduz;
4. Öz janrında pioner sayılan və fərqli tərzi ilə seçilən sənətçi;
5. İki unikal səsin birləşdiyi təsirli bir duet;
6. Güclü vokal və dramatik pop tərzi ilə səhnəni titrədəcək bir ifaçı;
7. Və möhtəşəm balladası ilə dinləyicilərin qəlbinə yol tapacaq bir səs.

Bu ipucları göstərir ki, UMK 2026 həm janr, həm üslub, həm də səhnə enerjisi baxımından rəngarəng və dinamik olacaq.


Xatırladaq ki, Finlandiya Avroviziya 2025-də Erika Vikmanın “Ich Komme” adlı mahnısı ilə təmsil olunmuşdu və 196 xalla 11-ci yeri tutaraq möhtəşəm performansla yadda qalmışdı.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91