Songfestival Azerbaijan

Bu ifaçılardan biri Kipri Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Kipr Yayım Şirkəti (RIK) 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində ölkəni təmsil edəcək ifaçını müəyyənləşdirmək üçün daxili seçim mərhələsinə start verib. Şirkət Yunanıstan və Kiprdə fəaliyyət göstərən böyük musiqi şirkətlərinə müraciət edərək, öz namizədlərini təqdim etmələrini istəyib. Hazırda RIK bu təklifləri dəyərləndirir və qərarın yaxın həftələrdə açıqlanacağı gözlənilir.

RIK nümayəndə heyətinin rəhbəri Evi Papamichael bildirib ki, seçim prosesi Junior Avroviziya müsabiqəsindən sonra yekun mərhələyə keçəcək. Onun sözlərinə görə, hələlik konkret qərar verilməyib, lakin bir neçə güclü namizəd müzakirə olunur.

Namizədlər arasında tanınmış adlar var

Jurnalist Konstantinos Iasonosun məlumatına görə, hazırda səkkiz sənətçi Kipri təmsil etmək üçün əsas namizədlər sırasındadır. Siyahıda həm gənc, həm də təcrübəli ifaçılar yer alır:

Josephine – son illərdə Avroviziya üçün ən çox adı hallanan müğənnilərdən biri.

Evangelia – beynəlxalq tərzi və səhnə enerjisi ilə seçilən ifaçı.

Nina Mazani – yeni nəsil sənət musiqisi ifaçısı.

Mikay – daha əvvəl Yunanıstanın milli seçim mərhələsində iştirak etməyi planlaşdırmışdı.

Giorgos Perris – klassik və orkestr musiqisi ilə tanınan müğənni.

Katerina Stikoudi – əvvəl yarışmada iştirak etməyəcəyini bildirsə də, yenidən namizədlər arasında yer alıb.

Good Job Nicky – ingilisdilli repertuarı ilə Avroviziya səhnəsinə uyğun hesab olunur.

Antigoni – Kipr əsilli ifaçı, ölkəsini beynəlxalq səhnədə təmsil etmək arzusunu açıq şəkildə ifadə edib.



Hər bir namizədin təqdimatında yalnız ifaçının adı deyil, həm də onunla çalışacaq yaradıcı komanda – prodüserlər, rejissorlar və səhnə quruluşu üzvləri də göstərilib.

Qeyd edək ki, daha əvvəl Kiprin təmsilçisi kimi adı çəkilən Sofiya Patsalidunun bu dəfəki siyahıda yer almadığı bildirilir.

Seçim prosesinin yaxın həftələrdə başa çatacağı və Kiprin 2026 Avroviziya təmsilçisinin tezliklə açıqlanacağı gözlənilir.

Mənbə: Eurovisionfun

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91