Ukrayna təmsilçisi Vidbir və Avroviziyada uğurlu olsa da, təəssüf ki, şəxsi münasibətlərində tale bir o qədər üzünə gülməyib. Belə ki, sənətçi ilk evliliyini 23 yaşında edərək həyat yoldaşı ilə birlikdə Almaniyaya köçüb. Lakin illər sonra bu münasibəti “sağlam olmayan və məhdudlaşdırıcı” kimi təsvir edib; ərinin ailəsinin ondan “ideal həyat yoldaşı” olmasını gözlədiyini bildirib.
İkinci həyat yoldaşı isə öz qrupundan olan alman musiqiçi idi. LELÉKA bu münasibəti “gözəl, dürüst və sağlam” adlandırsa da, cütlük uşaq sahibi olmaq mövzusunda razılığa gələ bilməyib. Müğənni ana olmaq istədiyi halda, həyat yoldaşı uşaq istəməyib və yollarını ayırıblar. Boşanma prosesi isə hələ də davam edir.
Hazırda Berlində daimi evi olmayan LELÉKA, müsahibəsində bu vəziyyətin məhz Avroviziya dövrünə təsadüf etməsinin qəribə bir təsadüf olduğunu da vurğulayıb.




