Songfestival Azerbaijan

III MDB Oyunlarının bağlanış mərasimi Gəncədə keçirildi

MƏQALƏNİ PAYLAŞ:

Ötən gün Gəncə şəhərində III MDB Oyunlarının bağlanış mərasimi baş tutub. Azərbaycan bu yarışa ilk dəfə ev sahibliyi edib.

Mərasim konsert proqramı ilə davam edib. Səhnədə ölkəmizi “Avroviziya”da təmsil etmiş Aysel, Çingiz Mustafayev, Eldar & Nigar, Mamagama və Nadir Rüstəmli çıxış ediblər. Onlar öz “Avroviziya” mahnılarını yeni aranjimanla canlı ifa ediblər.

Gecənin sonunda ifaçılar Xalq Artisti Aygün Kazımova ilə birgə “Ulu Vətən” mahnısını səsləndiriblər. Bu ifa ilə III MDB Oyunları rəsmi olaraq yekunlaşıb.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91