Rumıniya və Bolqarıstan 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya Mahnı Müsabiqəsi”nə rəsmi olaraq geri dönürlər.
Hər iki ölkə növbəti il keçiriləcək yarışmada iştirak edəcəyini təsdiqləyib. Rumıniyanın milli yayımlayıcısı TVR və Bolqarıstanın BNT kanalı Avroviziyaya qayıdış qərarını açıqlayıb.
Qeyd edək ki, həm Rumıniya, həm də Bolqarıstan son illərdə əsasən maliyyə çətinlikləri səbəbindən müsabiqədən kənarda qalmışdı. Onların yenidən yarışa qatılacağı xəbəri Avroviziya izləyiciləri tərəfindən böyük sevinc və həyəcanla qarşılanıb.




