Yeni qaydalara əsasən, Sanremo festivalının qalibi Avroviziyada iştirakdan imtina edərsə, festivalın bədii rəhbəri və dövlət kanalı RAI ölkənin təmsilçisini öz qərarları ilə seçmək hüququna malik olacaq.
Bu o deməkdir ki, artıq ikinci yer avtomatik olaraq Avroviziyaya getmək hüququ qazanmayacaq.
Xatırladaq ki, ötən il Sanremoda qızıl mükafat qazanan Olly planlaşdırılmış turuna görə Avroviziyada iştirakdan imtina etmiş, onun əvəzinə gümüş mükafatçı Lucio Corsi İtaliyanı təmsil etmiş və yarışmada 5-ci yeri tutmuşdu.




