Songfestival Azerbaijan

Eesti Laul 2026 iştirakçıları açıqlandı

MƏQALƏNİ PAYLAŞ:

Estoniyanın İctimai Televiziyası ERR, ölkəni 2026-cı il “Avroviziya Mahnı Müsabiqəsində” təmsil edəcək ifaçını müəyyənləşdirəcək “Eesti Laul 2026” yarışmasının tam iştirakçı siyahısını təqdim edib.

Bu il müsabiqədə 12 ifaçı və qrup mübarizə aparacaq. Siyahıya həm tanınmış adlar, həm də yeni simalar daxildir.


ANT x Minimal Wind – “Wounds (Don’t Wanna Fall)”

Clicherik & Mäx – “Jolly Roger”

Getter Jaani – “The Game”

Laura Prits – “Warrior”

Robert Linna – “Metsik roos”

Stockholm Cowboys (Stig Rästa & Victor Crone) – “Last Man Standing”

NOËP – “Days Like This”

Grete Paia – “Taevas jäi üles”

Marta Pikani – “Kell kuus”

Ollie – “Slave”

Uliana Olhyna – “Rhythm of Nature”

Vanilla Ninja – “Too Epic to Be True”


Mahnılar anonim şəkildə — yəni müəllif və ifaçının kimliyi gizli saxlanılaraq — 25 nəfərlik münsiflər heyəti tərəfindən seçilib. Heyətə həm musiqi sənayesinin peşəkarları, həm də müxtəlif yaş və peşə qruplarından olan dinləyicilər daxil idi.

Bütün mahnılar 4 dekabr tarixində ictimaiyyətə təqdim olunacaq.

“Eesti Laul 2026” finalı 14 fevral tarixində Tallinndəki Unibet Arenada keçiriləcək. Qalib iki mərhələdə müəyyənləşəcək: əvvəlcə münsiflərin və tamaşaçıların səsi hesablanaraq üç ifaçı superfinala keçəcək, daha sonra isə qalib yalnız televotinq – yəni xalq səsi ilə seçiləcək.

Münsiflər heyəti ən azı yeddi nəfərdən ibarət olacaq və onların arasında beynəlxalq musiqi ekspertləri də yer alacaq.

Bu il səhnəyə çıxacaq iştirakçılardan bəziləri artıq Avroviziya təcrübəsinə malikdir. Getter Jaani 2011-ci ildə “Rockefeller Street” mahnısı ilə Estoniyanı təmsil etmişdi, Stig Rästa 2015-ci ildə Elina Born ilə birlikdə “Goodbye to Yesterday” ifa etmişdi, Victor Crone isə 2019-cu ildə “Storm” mahnısı ilə Estoniyanın təmsilçisi olmuşdu.

Bundan başqa, Vanilla Ninja qrupunun geri qayıdışı da xüsusi maraq doğurub. Qrup 2000-ci illərin əvvəllərində Avropada məşhurlaşmış, 2005-ci ildə İsveçrə adından Avroviziyada çıxış edərək böyük tanınma qazanmışdı. İndi isə onlar illər sonra yenidən “Eesti Laul” səhnəsinə qayıdırlar.

Estoniya 2025-ci ildə “Espresso Macchiato” mahnısı son 20 ildə ölkə tarixində ən yüksək nəticəsini əldə etmişdi.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91