Songfestival Azerbaijan

Faiq Sücəddinov: “Mən artıq “Avroviziya” seçimlərində yer almıram, mahnını da dinləməmişəm”

MƏQALƏNİ PAYLAŞ:

Xalq artisti, “Şöhrət” ordenli tanınmış bəstəkar Faiq Sücəddinov “Avroviziya” mahnı müsabiqəsinin yerli seçim turları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bəstəkar bildirib ki, artıq müsabiqənin seçim mərhələsində münsif qismində iştirak etmir və bu səbəbdən builki təmsilçi barədə ətraflı məlumata malik deyil. Əvvəllər “Avroviziya”nın seçim turlarında münsif kimi yer aldığını, hazırda isə həmin heyətdə olmadığını qeyd edən Faiq Sücəddinov, builki iştirakçı və mahnı haqqında geniş fikir bildirə bilməyəcəyini, mahnını tam dinləmədiyini və ifaçını da yaxından tanımadığını vurğulayıb. Bununla belə, müəyyən qədər təsəvvürü olduğunu deyən bəstəkar, “Düşünürəm ki, siz də mahnını o qədər bəyənməmisiniz”, — deyə əlavə edib.

Azərbaycanın müsabiqə tarixində qazandığı ən böyük uğura da toxunan bəstəkar, Eldar Qasımov və Nigar Camal duetinin ölkəyə gətirdiyi birinciliyi xatırladaraq, nəticələrə görə ruhdan düşməməyin vacibliyini vurğulayıb. Qalibiyyətin hər zaman olmadığını və bir dəfə yaşandığını bildirən bəstəkar, ötən illərdə də çox güclü ifaların və möhtəşəm səhnə nömrələrinin aşağı pillələrdə qərarlaşmasının şahidi olduqlarını, əsas məsələnin isə həmin böyük səhnədə ölkəni təmsil etmək olduğunu qeyd edib.

Xatırladaq ki, bu il Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində JİVA (Cəmilə Həşimova) təmsil edib. İfaçı yarışmanın ikinci yarımfinal mərhələsində çıxış etsə də, final mərhələsinə vəsiqə qazana bilməyib.

Mənbə: AZXEBER.COM

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97