Songfestival Azerbaijan

Filipp Kirkorov DARA-nın “Avroviziya” zəfərindən danışdı

MƏQALƏNİ PAYLAŞ:

Rusiyalı müğənni və prodüser Filipp Kirkorov, mayın 16-da baş tutan “Avroviziya” mahnı müsabiqəsinin final gecəsində Bolqarıstana qalibiyyət qazandıran gənc ifaçı DARA ilə pərdəarxası əməkdaşlığı barədə diqqətçəkən açıqlamalar verib.

Təmsilçinin “Bangaranga” mahnısı ilə 516 xal toplayaraq birinci olmasından və gələn il müsabiqəyə ev sahibliyi hüququ qazanmasından sonra danışan Kirkorov, bu layihədəki iştirakının niyə indiyə qədər gizli saxlanılmasına aydınlıq gətirib.

Kiçik vətəni hesab etdiyi və karyerasının başladığı Bolqarıstan televiziyasının dəvətini məmnuniyyətlə qəbul etdiyini deyən sənətçi, hazırkı siyasi reallıqlar fonunda ön plana çıxmaq istəmədiyini vurğulayıb.

O, müsabiqənin özündə şəxsən görünməsinin həm Avropada, həm də Rusiyada fərqli və “sağlam olmayan” reaksiyalara yol aça biləcəyini, musiqinin siyasətdən kənar olmasına baxmayaraq, bu addımın yanlış anlaşıla biləcəyindən ehtiyat etdiyini bildirib.

Layihənin uğur formulundan bəhs edən prodüser, 20 ildən artıq təcrübəyə malik məşhur “Dream Team” komandası ilə birlikdə çalışdığını və işin effektiv qurulması sayəsində özünün hər an prosesdə fiziki olaraq iştirakına ehtiyac qalmadığını qeyd edib.

DARA-nın Bolqarıstan milli seçimlərinə hazırlıq mərhələsinə toxunan Kirkorov, gənc ifaçının böyük potensialını vaxtında kəşf etdiklərini vurğulayıb.

O, əməkdaşlığın başlanğıcında müğənninin əsas probleminin repertuarında güclü bir hit mahnının olmaması olduğunu, lakin komanda olaraq bu potensialı düzgün istiqamətləndirərək mahnını böyük bir “Avroviziya” zəfərinə çevirə bildiklərini ifadə edib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97