Songfestival Azerbaijan

Moldova yenidən Avroviziya səhnəsində

MƏQALƏNİ PAYLAŞ:

Moldova bir illik fasilədən sonra yenidən Avroviziya səhnəsinə qayıdır. EBU ölkənin 2026-cı ildə keçiriləcək müsabiqədə iştirakını rəsmi şəkildə təsdiqləyib. Mədəniyyət və televiziya sahəsində islahatlara başlayan TRM bu fürsətdən yararlanaraq milli seçim prosesini tamamilə yeniləyib.

Yeni seçim mərhələsinə iki tanınmış prodüser – Serghei Orlov və Roman Burlaca rəhbərlik edəcək. Mahnıların qəbulu 7 noyabrda başlayacaq və 30 gün davam edəcək. Seçimdə həm yerli, həm də beynəlxalq mütəxəssislərdən ibarət münsif heyəti iştirak edəcək. Qalib ifaçıya Avroviziyaya hazırlıq məqsədilə maliyyə və istehsal dəstəyi göstəriləcək.

Moldova ilk dəfə 2005-ci ildə Avroviziyada səhnəyə çıxıb və illər ərzində yarışmanın daimi iştirakçılarından biri olub. Lakin 2025-ci ildə müxtəlif texniki və maliyyə səbəblərinə görə iştirakdan imtina etmişdi. İndi isə ölkə yenidən Avroviziya ailəsinə qovuşur — və bu, son günlərdə qayıdışını elan edən Bolqarıstan və Rumıniyadan sonra növbəti belə addımdır.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91