Songfestival Azerbaijan

Aygün Kazımovadan “Avroviziya” təmsilçimizə dəstək: “Qızımız çox gözəl çıxış etdi”

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycanın Xalq artisti Aygün Kazımova ölkəmizi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən iştirakçımız JİVA haqqında müsbət fikirlərini bölüşüb.

Hər il bu müsabiqə həyəcanını eyni maraqla yaşadığını bildirən sənətçi, təmsilçimizin səhnə performansını və firuzəyi xalçada “S.O.S” mahnısı ilə etdiyi çıxışını yüksək qiymətləndirib.

Kazımova xüsusilə ifaçının canlı səs imkanlarını və səhnədəki peşəkar duruşunu vurğulayaraq, onun ölkəmizi layiqincə təmsil etdiyini qeyd edib.

Xalq artisti bildirib ki, müsabiqədə qələbə qazanmaqdan daha önəmli olan məqam yadda qalan və keyfiyyətli çıxış nümayiş etdirməkdir. Təmsilçimizin bu vəzifənin öhdəsindən uğurla gəldiyini deyən Aygün Kazımova, ona öz minnətdarlığını bildirib və müsabiqənin nəticələri ilə bağlı xoş xəbərlər eşidəcəyinə ümidvar olduğunu əlavə edib.

Xalq artistinin bu xoş arzularına və təmsilçimizin uğurlu çıxışına baxmayaraq, Azərbaycan builki “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsinə vəsiqə qazana bilməyib. Buna baxmayaraq, həm sənət yoldaşları, həm də pərəstişkarları ifaçımızın səhnə performansını yüksək qiymətləndirməkdə davam edirlər.

Mənbə: “Xəzər Tv”, “İncə Səhər” verilişi.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97