Songfestival Azerbaijan

Tünzalə Ağayevadan “Avroviziya” etirafı: “Ədalətsizliyi görüb stress keçirirdim”

MƏQALƏNİ PAYLAŞ:

Xalq artisti Tünzalə Ağayeva “Modecast” podkastında influenser Nigar Kəlbiyevanın qonağı olarkən “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı səmimi və tənqidi fikirlərini bölüşüb.

Müsabiqəyə olan münasibətindən danışan sənətçi, vaxtilə bu layihəni çox sevdiyini, xüsusən də “ABBA” qrupu, Alla Puqaçova və Patrisiya Kaas kimi nəhənglərin iştirak etdiyi dövrləri yüksək qiymətləndirdiyini bildirib.

Lakin o, müsabiqənin müasir vəziyyətindən narazılığını gizlətməyərək, son dövrlərdə kimin kimə və nəyə görə səs verdiyini anlamaqda çətinlik çəkdiyini vurğulayıb.

Xüsusilə Azərbaycanın “Avroviziya” münsif heyətində yer aldığı dönəmləri xatırlayan Tünzalə Ağayeva, oradakı proseslərin onda gərginlik yaratdığını etiraf edib:

“Mən özüm münsif kürsüsündə əyləşərkən o stressi yaşayırdım ki, axı bu ədalətsizlikdir, bu nədir?” — deyə sənətçi qeyd edib.

O, müsabiqədə musiqi keyfiyyətinin və ədalət prinsipinin bəzən arxa plana keçməsindən duyduğu təəssüfünü ifadə edərək, builki “Avroviziya” mənzərəsini “anlaşılmaz” adlandırıb.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97