Songfestival Azerbaijan

Dilarə Kazımova: “Bəlkə də məni bu günə gətirən o bircə rəy idi”

Azərbaycanın tanınmış müğənnisi Dilarə Kazımova qatıldığı televiziya proqramlarından birində Avroviziya təcrübəsindən və onu dərin düşündürən bir sosial şəbəkə rəyi haqqında danışıb.

Dilarə deyib ki, müsabiqədən sonra aldığı bir rəy illərdir onun yaddaşından silinməyib:

“Mən Avroviziyada olanda bir qız mənə belə bir rəy yazmışdı: ‘Sənin adını çəkəndə həmişə 21-ci yeri yada salacaqlar.’ Mən isə düşündüm: ‘Baxarıq… mənim adımı çəkəndə nəyi yada salacaqlar.

Sənətçi həmin sözlərin ona necə motivasiya verdiyini də səmimi şəkildə bölüşüb:

“Bəlkə də məhz bu rəyə görə bu gün bu yerdəyəm, və bu qədər yüksələ bilmişəm.”

Xatırladaq ki, Dilarə Kazımova Azərbaycanı 2014 Avroviziya Mahnı Müsabiqəsində “Start a Fire” mahnısı ilə təmsil edib və 33 xalla 22-ci pillədə qərarlaşıb.