Songfestival Azerbaijan

Avstraliyanı “Milkshake Man” ləqəbli Go-Jo təmsil edəcək

Avstraliyanı “Avroviziya 2025”-də Go Jo (əsl adı Marty Zambotto) təmsil edəcək!

2015-ci ildən bəri Avroviziya ailəsinə qatılmış Avstraliyanın yayımçısı SBS daxili seçim yolu ilə 25 fevralda ölkəni təmsil edəcək mahnı və müğənnini ictimaiyyətə təqdim etdi. Ölkəni səhnə adı ilə Go-Jo “Milkshake Man” adlı mahnısı ilə təmsil edəcək. Mahnının yazarları isə Amy Sheppard, George Sheppard, Jason Bovino və elə mahnını ifa edən təmsilçi Marty Zambotto(Go-Jo) yer alır.

Marty-ə gəldikdə isə, səhnə adı Go-Jo olan sənətçi 1995-ci ilə Qərbi Avstraliyada dünyaya gəlib. 2016-cı ildən bəri musiqi sahəsində aktiv fəaliyyət göstərir. İfa etdiyi əsas janr isə popdur. Atası fransız olan müğənni, fransız və Avstraliya köklərinə sahibdir.