Songfestival Azerbaijan

Kanada Avroviziyaya qatılır?

MƏQALƏNİ PAYLAŞ:

Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Yayım Birliyinin 96-cı Baş Assambleyası baş tutacaqdı. 53 ölkədən 113 Radio və Televiziya yayımçısının qatıldığı mötəbər tədbirdə Avroviziya ilə bağlı müxtəlif məsələlər, Bolqarıstanın ev sahibliyi, eyni zamanda gündəliyin əsaa mövzularından biri yeni ölkələrin müsabiqəyə cəlb olunması idi.

Belə ki, bu gün Assambleyada baş tutan səsvermə nəticəsində Şimali Amerika ölkəsi Kanadanın milli yayımçısı CBC/Radio Canada(Canadian Broadcasting Corporation) Avropa Yayım Birliyinə tamhüquqlu üzv kimi qəbul edilib.

1936-cı ildə əsası qoyulmuş CBC dünyanın ən geniş əhatə dairəsinə sahib Televiziya və Radio yayımına sahib olması ilə yanaşı, Kanada dövlətinə məxsus şirkətdir. Kanal başda ingilis və fransız, bundan əlavə olaraq, İnuktit, Cree başda olmaqla 8 yerli aborigen dildə yayım edir.

Ramin İmanov
Ramin İmanov
Articles: 62