Songfestival Azerbaijan

“Avroviziya 2027” Burgas şəhərində baş tutacaq!

MƏQALƏNİ PAYLAŞ:

Aylardır davam edən müzakirələr və gecikmələrdən sonra, nəhayət, Bolqarıstan hökuməti və bolqar yayımçı kanalı BNT “Avroviziya 2027”-yə ev sahibliyi edəcək şəhəri açıqlayıb. Belə ki, mötəbər tədbirə Qara Dəniz sahilində yerləşən Burgas şəhəri ev sahibliyi edəcək.

Müsabiqə 15.000 nəfərədək tutumu olan 2023-cü ildə istifadəyə verilmiş çoxməqsədli “Arena Burgas”-da keçiriləcək. 2014-cü ildə tikintisinə başlanılmış arena ardıcıl ertələmələrdən sonra 2023-cü ildə istifadəyə verilib.

Sonuncu dəfə 2007-ci ildə Marija Šerifovićin əfsanəvi “Molitva” mahnısı ilə müsabiqəni 2008-ci ildə Balkanlara gətirməsinin ardınca Bolqarıstan təmsilçisi DARA(Darina Yotova) “Bangaranga” mahnısı ilə ölkəsinə ilk qalibiyyətini qazandırdı və müsabiqəni 16 il sonra yenidən Balkan yarımadasına gətirdi.

Müsabiqə 11/13/15 May tarixlərində “Arena Burgas”-da baş tutacaq.

Qara Dəniz sahilində yerləşən və ölkənin 4-cü böyük şəhəri olan Burgasda təxminən 200.000 insan yaşayır. Ölkənin əsas kurort və liman şəhəri olan Burgas, həmçinin, eyniadlı körfəzin ətrafında yerləşir. Şəhər geniş turizm imkanları, “Sea Garden” və ölkənin, eləcə də Qara Dəniz ticarətinin əsas limanlarından birinə sahib olması ilə tanınır.

Ramin İmanov
Ramin İmanov
Articles: 67