Songfestival Azerbaijan

Azərbaycan 2-ci yarımfinalda səhnəyə 2-ci sırada çıxacaq!

MƏQALƏNİ PAYLAŞ:

Bu gün “Avroviziya 2026” yarımfinallarında ölkə təmsilçilərinin çıxış sırası elan edilib.

Belə ki, rəsmi Avroviziya “Youtube” kanalında açılan birbaşa canlı yayımlarla 1-ci və 2-ci yarımfinalda təmsilçilərin çıxış sırası təqdim olunub. Daha öncə isə birbaşa finalçı ev sahibi Avstriya təmsilçisinin finalda 25-ci nömrə altında çıxış edəcəyi bildirilmişdi.

Yanvar ayında keçirilən püşkatma nəticəsində məlum olmuşdu ki, ölkəmiz 2-ci yarımfinalın ilk hissəsində çıxış edəcək. AYB tərəfindən təqdim olunmuş çıxış sıralarına əsasən Azərbaycan təmsilçisi JIVA 2-ci yarımfinalda 2 nömrə altında səhnəyə çıxacaq!

Ramin İmanov
Ramin İmanov
Articles: 53