Songfestival Azerbaijan

Avroviziya tarixində ilk dəfə Asiyada!

MƏQALƏNİ PAYLAŞ:

Rəsmi olaraq ilk dəfə 14 noyabr 2026-cı ildə Taylandın paytaxtı Banqkok şəhərində Avroviziya Asiya Mahnı Müsabiqəsi keçiriləcək.

Uzun müddət Avroviziya fanatları arasında şayiələri dolaşan Avroviziya Asiya Mahnı Müsabiqəsini Avropa Yayım Birliyi təsdiq edib. On ölkə artıq iştirakını təsdiq edib və iştirakçı kanallar ümid edir ki, yaxın müddətdə daha çox ölkə qoşulacaq. AYB müsabiqədən 600 milyon tamaşaçı kütləsi ümid edir.

Hər bir iştirakçı ölkə öz təmsilçisini xüsusi milli seçim turu vasitəsilə seçəcək. İştirakını təsdiq etmiş ölkələr aşağıdakılardır:

Tayland🇹🇭

Cənubi Koreya🇰🇷

Filippin🇵🇭

Vyetnam🇻🇳

Malayziya🇲🇾

Kamboca🇰🇭

Laos🇱🇦

Banqladeş🇧🇩

Nepal🇳🇵

Butan🇧🇹

Eyni zamanda Hindistan və Çinin də müsabiqədə iştirak ehtimalı yüksəkdir.

Bundan əlavə, Avropa Yayım Birliyi təşkilatı Avstraliyanı Avroviziya Asiyada iştiraka dəvət edib, eyni zamanda Avroviziya Mahnı Müsabiqəsində iştiraka davam etməsinə də icazə verib. Lakin Martin Green hesab edir ki, Avstraliya daha çox Avropada keçirilən müsabiqədə iştiraka maraqlıdır.

Ramin İmanov
Ramin İmanov
Articles: 53