Avroviziya ailəsi böyüyürmü? Son məlumatlara görə, Kanada hökumətinin yeni büdcə layihəsində maraqlı bir detal yer alıb “CBC/Radio-Canada” “Avroviziya” mahnı müsabiqəsində iştirak imkanını nəzərdən keçirəcək. Bu, ölkənin yarışa qatılma ehtimalını rəsmi şəkildə gündəmə gətirən ilk rəsmi sənəd kimi qiymətləndirilir.
Əldə edilən məlumata əsasən, Kanada artıq Avropa Yayım Birliyinin (AYB) assosiasiya olunmuş üzvüdür. Yəni, Avstraliya kimi yarışa dəvət əsasında qoşulmaq hüququ var.
İnnovasiya, Elm və Sənaye naziri François-Philippe Champagne isə məsələyə daha da aydınlıq gətirərək bildirib ki, Kanada yarışda iştirak etmək üçün AYB-dən rəsmi dəvət alıb. Bu açıqlama həm media, həm də sosial şəbəkələrdə böyük rezonans doğurub.
Lakin bu xəbər hər kəs tərəfindən eyni coşqu ilə qarşılanmayıb. Sosial mediada bir çox Avroviziya azarkeşi bu qərara müxtəlif reaksiyalar verib.
Bəzi istifadəçilər ideyanı həyəcanla qarşılayaraq “Yes please, with Michael Bublé!” “Tate McRae Eurovision 2026” kimi şərhlərlə dəstəkləyib. Başqaları isə bu fikrə açıq şəkildə qarşı çıxıb:
– “Hell no.”
– “Stop this madness.”
– “Only Europe please, no more Middle East.”
Digərləri isə daha sarkastik təkliflər irəli sürüb: “Just rename it to ‘Univision’ and invite all countries, like the World Cup.”
Bu müxtəlif fikirlər Avroviziyanın gələcəyi ilə bağlı vacib bir müzakirəni yenidən alovlandırdı: müsabiqə “Avropa” çərçivəsində qalmalıdırmı, yoxsa qlobal səviyyədə açılmalıdır?
Hələlik AYB və CBC tərəfdən yekun qərar açıqlanmayıb. Amma bir şey aydındır düşünəndə ki, bir çox dünya ulduzu Kanada əsillidir , Kanadanın Avroviziyaya qoşulması, yarışın tarixində yeni bir dövrün başlanğıcı ola bilər.
Avstraliyanın uğurlu presedenti fonunda, indi hamı eyni sualı verir:
“Növbəti Avroviziya səhnəsində Kanada bayrağını görəcəyikmi?




