Songfestival Azerbaijan

Avroviziya Mahnı Müsabiqəsi 2025-in Brend Hesabatı

MƏQALƏNİ PAYLAŞ:

Avroviziya Mahnı Müsabiqəsi bu il də təkcə səhnədə yox, dünya miqyasında mədəni və iqtisadi təsiri ilə yadda qaldı. Yeni açıqlanan Avroviziya 2025 brend təsir hesabatı bu tədbirin milyonlarla insanı bir araya gətirdiyini, şəhərlərə yeni nəfəs verdiyini və fərqli dilləri, mədəniyyətləri parladaraq bir körpü rolunu oynadığını göstərir.

Avropa yayım ittifaqının hazırladığı hesabat, Avroviziyanın yaxınlaşan 70 illik yubileyi ərəfəsində onun əsl gücünü və əhatə dairəsini ortaya qoyur.

166 milyon insan 2025 Avroviziya yarışmasını televiziyada izləyib.

Yarışmadan əvvəl YouTube-da 33 milyon, yarış həftəsində isə 38 milyon baxış qeydə alınıb.

Final mərhələsi Avropa üzrə 47.7% izlənmə payı ilə ən çox baxılan verilişlərdən olub.

Gənclər arasında bu rəqəm 60.4%-ə çatıb – bu da indiyə qədərki ən yüksək gənc izləyici faizi deməkdir.


Rəsmi hesablar 1.8 milyard video baxışı və 95.8 milyon sosial media reaksiyası toplayıb.

Roblox platformasında yaradılan virtual Avroviziya təcrübəsi 1.3 milyon izləyici cəlb edib – əksəriyyəti müsabiqədə iştirak edən ölkələrdən.


2025 yarışma mahnıları artıq 756 milyon dəfə dinlənilib.

Avstriyanın qalib mahnısı daxil olmaqla 3 mahnı Billboard-un Qlobal Siyahısına daxil olub.

35 mahnı 40 ölkənin Apple Music Top 100 siyahısında yer alıb – bunlardan 13-də birinci olub.

3 Avroviziya mahnısı Spotify-ın Qlobal Top 50 siyahısına düşüb.


2025 müsabiqəsində 37 fərqli dil səslənib – bu, yarışma tarixində ən yüksək dil müxtəlifliyi sayılır.
17 mahnı tamamilə qeyri-ingilis dilində, 7-si isə ikidilli ifa olunub. Ən çox dinlənilən 10 mahnının 8-i ingiliscə deyildi – bu da Avroviziyanın dil və mədəniyyət sərhədlərini aşdığını göstərir.

Əlavə olaraq:

96% izləyici müsabiqənin xalqları birləşdirdiyini düşünür

98% isə onun fərqli mədəniyyətləri qeyd etdiyinə inanır


2025-in ev sahibi Basel şəhəri 60 milyon İsveçrə frankı iqtisadi qazanc əldə edib

500,000-dən çox ziyarətçi, 700 könüllü və 350 yerli müəssisə tədbirdə iştirak edib

2023-cü ildə Liverpool – tədbirdən sonrakı 3 il üçün 250 milyon funt sterlinq gəlir proqnozlaşdırılır

2024-də Malmö – 445 milyon SEK-lik turizm dövriyyəsi əldə edib


Müsabiqənin direktoru Martin Green deyir:

“Avroviziya artıq yalnız bir musiqi yarışması deyil. O, birlik, yaradıcılıq və müxtəlifliyi qeyd edən qlobal bir hərəkatdır. Gəncləri cəlb etmək, dilləri və mədəniyyətləri önə çıxarmaq, şəhərlərə yeni nəfəs vermək bizim əsas vəzifəmizdir.”

MƏNBƏ: EBU

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106