Songfestival Azerbaijan

Yuval Raphael Azərbaycanlıdır ?

Avroviziya-2025-də İsraili təmsil edən Yuval Rafaelin azərbaycanlı kökləri olduğu məlum olub. Bu barədə məlumatı İsrailin Azərbaycandakı səfirliyi yayıb.

“İsrailin Avroviziya ulduzu Yuvalın yarı azərbaycanlı olduğunu yeni öyrəndik. Beləliklə, Azərbaycan finala vəsiqə qazanmasa da, onun səsi bu möhtəşəm səhnədə yenə də eşidilir”, – deyə səfirliyin paylaşımında qeyd olunub.

Bu xəbər Avroviziya azarkeşləri arasında maraqla qarşılanıb və əlavə emosional bağ yaradıb.