Avroviziya 2024-ün qalibi Nemo müsabiqə ilə bağlı sərt və açıq fikirlərini bölüşüb. İsveçrəli ifaçı bildirib ki, İsrailin hazırkı iştirakının “müsabiqənin dəyərlərinə tamamilə zidd” olduğunu düşünür: “Bu ölkənin hərəkətləri Avroviziya ilə uyğun gəlmir,” – deyə Nemo vurğulayıb.
Nemo eyni zamanda builki yarışmada iştirakçılara səhnəyə və “green room”a “pride” bayraqlarını gətirməyə qoyulan qadağanı sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu qərar “son dərəcə mənasız və inanılmaz dərəcədə axmaq” addımdır.
Qalib ifaçının bu cəsarətli mövqeyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox azarkeşlər Nemo-nun sözlərini alqışlasa da, bəzi izləyicilər onun mövqeyini siyasi sayaraq, müsabiqənin “siyasətdən uzaq” prinsiplərinə xatırlatmalar ediblər.
