Songfestival Azerbaijan

Vyana 2026 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək

MƏQALƏNİ PAYLAŞ:

Avstriyanın paytaxtı Vyana 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək. Böyük final 16 mayda şəhərin ən iri qapalı arenası olan Wiener Stadthalle-də baş tutacaq. Yarı-finallar isə 12 və 14 may tarixlərində keçiriləcək.

Avstriya bu hüququnu 2025-ci ildə JJ-nin “Wasted Love” mahnısı ilə əldə etdiyi qələbə sayəsində qazanıb.

Vyana üçün bu, artıq üçüncü dəfədir ki, Avroviziyaya ev sahibliyi edir – şəhər daha əvvəl 1967 və 2015-ci illərdə də mötəbər yarışmaya ev sahibliyi etmişdi.

Geniş yerləşim imkanları, güclü nəqliyyat infrastrukturu və mədəni müxtəlifliyi ilə tanınan Vyana, 2026-cı ildə on minlərlə tamaşaçını qarşılamağa hazırlaşır. 16 min tamaşaçı tutumuna malik Wiener Stadthalle isə Avstriyanın ən möhtəşəm şoularından birinə səhnə olacaq.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91