Azərbaycanın ən çox izlənilən musiqi layihələrindən biri olan “Səs Azərbaycan”ın üçüncü mövsümünə yekun vurulub. Gərgin rəqabət və aylardır davam edən seçim mərhələlərindən sonra qalib adı Röya Ayxanın komandasından çıxan Cəmilə Həşimovaya qismət olub.
Final gecəsində Cəmilə 45% tamaşaçı səsi toplayaraq birinci yeri tutub və layihənin qalibi elan edilib. Gənc ifaçı üç fərqli çıxışla səhnədə yer alıb. O, SSRİ-nin tanınmış sənətçisi Alla Pugaçovanın “Позови меня с собой”, Akif İslamzadənin “Bu gecə” və Röya ilə duet şəklində “Ağlama” mahnılarını təqdim edib.
Finalın ümumi nəticələri isə belə olub:
2-ci yer: İlqar Bəkirov – 22% (Zülfiyyə Xanbabayeva komandası)
3-cü yer: Sanat Asuat – 20% (Eldar Qasımov komandası)
4-cü yer: Fuad Mehdiyev – 13% (Murad Arif komandası)
Həşimova ilə olan xüsusi müsahibəmizi buradan izləyə bilərsiniz:
Qeyd edək ki, üçüncü mövsüm boyu layihə həm ifaçılıq keyfiyyətləri, həm də geniş tamaşaçı dəstəyi ilə diqqət çəkib. Yeni mövsüm barədə məlumatlar yaxın aylarda açıqlanacaq.
