Songfestival Azerbaijan

Röya Ayxan: Mən o mahnını seçməzdim!

MƏQALƏNİ PAYLAŞ:

Dünən Bakı Konqres Mərkəzində konsert verən Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırarkən təmsilçimiz və mahnısı haqqında açıqlama verib.

Xalq artisti JIVA və onun mahnısı haqqında belə deyib:

Əminəm ki, mahnı ilə bağlıdır, mən onun(JIVA) səsinə o qədər inanıram ki… Bilirsiniz ki, çox gözəl mahnı seçənəm. Deyim ki, “wow” mahnıdır, yalan olar. Yəqin ki, belə düşündülər, mahnını belə seçdilər. Mən onu seçməzdim. Necə mahnı olur olsun, nə olur olsun mən o qızı həmişə dəstəkləyəcəm. Bir adam ki, oxuya bilir, həmişə onun yanında varam. Dəhşətli dərəcədə enerjisi var, bunu “Səs Azərbaycan”-da görmüşəm. Məndən də enerjilidir, sadəcə belə görünür. Ona inanıram, inşallah çıxışları daha yaxşı olar.

Qeyd edək ki JIVA(Cəmilə Haşımova) “Səs Azərbaycan” layihəsində məhz Röyanın komandasında yarışaraq qalib olmuşdu.

Ramin İmanov
Ramin İmanov
Articles: 53