Avroviziya 2026-nın yarımfinal və final gecələrini Azərbaycan tamaşaçıları üçün şərh edəcək aparıcılar artıq müəyyənləşib.
İctimai Televiziyanın simaları Aysel Zahidqızı və Azər Süleymanlı müsabiqənin hər iki yarımfinalını və böyük finalını ana dilimizdə təqdim edəcəklər.
Qeyd edək ki, Avroviziya 2026 müsabiqəsi 12, 14 və 16 may tarixlərində keçiriləcək. Azərbaycan təmsilçisi isə 14 mayda baş tutacaq ikinci yarımfinalda 2-ci sıra nömrəsi ilə səhnəyə çıxacaq.




