Songfestival Azerbaijan

Demokratik səsvermə ləğv edildi

MƏQALƏNİ PAYLAŞ:

Avropa Yayım Birliyi İsrailin 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakını qisməndə olsa təsdiqləyib. Qurum əvvəlcədən planlaşdırılan səsverməni ləğv edərək, məsələni dekabrda keçiriləcək ümumi assambleyada üzv ölkələrin iştirakı ilə müzakirə etməyə qərar verib.

Beləliklə, İsrailin yarışmada iştirak edəcəyi artıq demək olar ki, rəsmiləşib. Gözlənildiyinə görə, ölkə gələn il Vyanada keçiriləcək Avroviziyada səhnəyə çıxacaq.

Avropa Yayım Birliyi vurğulayıb ki, belə məsələlər səsvermə ilə deyil, açıq dialoq və razılaşma yolu ilə həll olunmalıdır. Ev sahibi Avstriyanın yayım şirkəti ORF isə yarışmanı tam dəstəklədiyini və layihədən geri çəkilməyəcəyini açıqlayıb.

İndi diqqətlər, İsrailin iştirakına etiraz edən və boykotla hədələyən ölkələrin qərarına yönəlib.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91