Songfestival Azerbaijan

Aysel Teymurzadə uzun fasilədən sonra ilk dəfə yenidən səhnəyə çıxacaq

Bu möhtəşəm geri dönüş, bu il təşkil olunacaq “Dream Festival” çərçivəsində baş tutacaq.

“PrimeTime”ın özəl xəbərinə görə, Aysel bu çıxışı üçün festivalın təşkilatçılarına özəl bir xahişlə müraciət edib.

O, illər əvvəl Avroviziya Mahnı Müsabiqəsində birgə çıxış etdiyi müğənni Araşla səhnəni paylaşmaq istəyir.

Ehtimal ki, bu təklif qəbul olunub.

Qeyd edək ki, 2009-cu ildə Aysel və Araş “Always” adlı mahnı ilə Azərbaycanı Avroviziyada təmsil etmiş və böyük uğur qazanmışdılar. Bu duet musiqisevərlərin yaddaşında dərin iz qoymuş, Ayselə beynəlxalq səviyyədə tanınma qazandırmışdı. İndi isə illər sonra onların bir daha eyni səhnədə birləşməsi, sözün əsl mənasında, nostalji dolu bir an olacaq.