Songfestival Azerbaijan

Avroviziya biliyini test et!

İmtahan test blanklarından sıxılmamısansa indi özünü Avroviziya imtahanında test et. Aşağıdakı 10 sualı cavabla və Avroviziya biliyini test et.



1.1956-cı ildə keçirilən ilk Avroviziyada neçə ölkə iştirak etmişdi?
A) 5
B) 7
C) 10
D) 12


2.Avroviziya tarixində ən çox xal toplayan mahnı hansıdır?
A) Salvador Sobral – “Amar pelos dois”
B) Duncan Laurence – “Arcade”
C) Conchita Wurst – “Rise Like a Phoenix
D) Måneskin – “Zitti e buoni”


3.Aşağıdakı ifaçılardan hansısı Avroviziyada QALİB gəlməyib?
A) ABBA
B) Celine Dion
C) Teach İn
D) Lara Fabian


4.Avstraliya Avroviziyada ilk çıxışını hansı mahnı ilə etmişdi?
A) “We Got Love”
B) “Tecnicholor”
C) “Tonigh Again”
D) “Sound of Silents”



5.Hansının ifası zamanı səhnəyə bir etirazçı atılmışdı?
A) Jamala – “1944”
B) SuRie – “Storm”
C) Lordi – “Hard Rock Hallelujah”
D) Verka Serduchka – “Dancing Lasha Tumbai”


6.Hansının performansı zamanı əllər yuyuldu?
A) Netta – “Toy”
B) Konstrakta – “In Corpore Sano”
C) Käärijä – “Cha Cha Cha”
D) Go_A – “Shum”



7.Bu ölkələrdən hansı daha tez Avroviziyada qalib gəlib?
A) Yunanıstan
B) Latviya
C) Estoniya
D) Finlandiya



8.Aşağıdakılardan hansı uydurma dildə ifa olunmuşdu?
A) “Sanomi” – Urban Trad
B) “Fairytale” – Alexander Rybak
C) “Rise Like a Phoenix” – Conchita Wurst
D) “Hold Me” – Farid Mammadov


9.Bu ifaçı “Slay” sözü ilə səhnəni yandırdı:
A) Noa Kirel
B) Chanel
C) Loreen
D) Eleni Foureira


10. Finalda ən çox sonuncu olan ölkə hansıdır?
A) Birləşmiş Krallıq
B) Almaniya
C) İspaniya
D) Norveç



Cavablarını Yoxla və Dərəcəni Tap:

8–10 doğru cavab:
Sən əsil avroviziya fanatısan.

5–7 doğru cavab:
Bəzi boşluqlar var, amma ritmi tutmusan! Səni bir “recap” xilas edə bilər!

2–4 doğru cavab:
Sənin hələ fan bayrağın yoxdur. Amma heç gec deyil

0–1 doğru cavab:
Yəqin ki, yeni izləməyə başlamısan. Testin nəticəsi səni məyus etməsin əsas odur ki doğru yoldasan.

Cavablar

  1. B 2.A. 3.D 4.C. 5.B 6.B. 7.C. 8.A. 9.D. 10.D