Songfestival Azerbaijan

1 illik fasilədən sonra Niderland Avroviziyaya geri qayıdır!

MƏQALƏNİ PAYLAŞ:

2026-cı ildə İsrailin müsabiqədə iştirakına görə Avroviziya və Avropa Yayım Birliyini boykot edən Niderland “Avroviziya 2027”-də iştirakını təsdiq edib.

Uzun müddət ölkənin Avroviziyada əsas yayımçı kanalı olan AVROTROS 2026-ci ildəki boykotun ardından 2027-ci il üçün də müsabiqədə iştirakdan imtina edəcəyini bildirmişdi. 24 Avqustda Avrotrosun rəsmi veb-saytında təqdim etdiyi bəyannamadə kanal rəhbərliyi “Yaxın Şərqdəki geosiyasi gərginlik və hərbi münaqişənin müsabiqəyə təsiri”-nin Avroviziyanın neytrallığını pozduğunu düşündüyünü qeyd etmişdi. Bunun ardınca kanal ölkənin “Avroviziya”-da iştirak hüququnu digər kanal NPO’ya təhvil vermişdi.

Ötən gün NPO telekanalı Niderlandın “Avroviziya 2027”-də iştirak edəcəyini elan etdi. Ölkənin müsabiqədə iştirakı və təmsilçi seçimi üçün isə NPO-nun xüsusi komandası məsul olacaq.

Bu xəbər bəzi qismləri və fanatları sevindirsə də, Niderlanddakı BDS hərəkatı( Boykot, İnvestisiyaların geri çəkilməsi və Sanksiyalar – İsrailə qarşı beynəlxalq boykot hərəkatı) NPO telekanal rəhbərliyini “Avroviziya”-ya geri qayıtmaq qərarından vaz keçməyəcəyi təqdirdə ictimai kampaniya və ölkə miqyasında etirak aksiyalarının təşkil ediləcəyi ilə təhdid edib.

Ramin İmanov
Ramin İmanov
Articles: 69