Songfestival Azerbaijan

Murad Arif “Avroviziya” seçimlərində islahatların aparılmasını təklif edib

MƏQALƏNİ PAYLAŞ:

Tanınmış bəstəkar-müğənni Murad Arif “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi üzrə milli seçim prosesi ilə bağlı konseptual təkliflərlə çıxış edib.

Sənətçi qeyd edib ki, ölkəmizin müsabiqədə iştirak etdiyi illər ərzində mahnı seçimi heç vaxt açıq səsvermə formatında keçirilməyib. O, mövcud seçim komandasına etimadını ifadə etməklə yanaşı, prosesin daha demokratik və şəffaf müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb.

Murad Arifin sözlərinə görə, İtaliyanın “Sanremo” və ya İsveçin “Melodifestivalen” festivallarında olduğu kimi, Azərbaycanda da 8-10 bəstənin xüsusi televiziya şousu vasitəsilə ictimaiyyətə təqdim olunması və qalibin həm münsiflər, həm də xalq səsverməsi ilə seçilməsi zəruridir.

Sənətçi əlavə edib ki, belə bir açıq rəqabət mühiti yaradılacağı təqdirdə, o, özü də bəstəkar və ifaçı kimi böyük məmnuniyyətlə müsabiqəyə qatıla bilər.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 83