Songfestival Azerbaijan

Nuran “Avroviziya” mahnı müsabiqəsində iştirak etmək niyyətindədir

MƏQALƏNİ PAYLAŞ:

Sənətçi açıqlamasında bildirib ki, əslində bu il seçim turlarına qatılmağı planlaşdırsa da, zaman darlığı səbəbindən müraciətini vaxtında çatdıra bilməyib.

İfaçının sözlərinə görə, artıq yerli bəstəkarlarla əməkdaşlığa başlayaraq həm azərbaycan, həm də ingilis dillərində, milli çalarlarla zəngin bir kompozisiya hazırlayıb.

NURAN mahnısında Azərbaycanın milli musiqi alətləri olan saz və tarın sintezinə xüsusi yer verildiyini vurğulayaraq, özünəməxsus üslubunu qorumaqla ölkəmizi beynəlxalq arenada təmsil etmək niyyətində olduğunu bildirib.

O, növbəti il müsabiqə üçün hazırlıqlarını daha ciddi şəkildə davam etdirəcəyini vurğulayıb.

Mənbə: “Xəzər Tv”, “Qonaqcanlı” verilişi.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 83