Rumıniyanı bu il Alexandra Căpitănescu “Choke Me” adlı mahnısı ilə təmsil edir. Mahnı rok janrındadır və fanlar tərəfindən kifayət qədər sevilir.
Rok janrında və fərqliliyi ilə seçilən “Choke Me” mahnısı eyni zamanda bir çox tamaşaçı və tənqidçilər tərəfindən qınaq obyektinə çevrilmişdi. Buna səbəb isə mahnının adının “boğ məni” deyə tərcümə olunmasıdır. Lakin sənətçi açıqlama verərək mahnısının nə heç bir mənfi təbliğat apardığını nə də şiddət təbliğ etdiyini bildirmişdi.




