Songfestival Azerbaijan

“Bandidos do Cante” : “Avropaya sülh və sevgi mesajı aparırıq”

MƏQALƏNİ PAYLAŞ:

Bu il Portuqaliyanı “Rosa” mahnısı ilə təmsil edən “Bandidos do Cante” qrupu ilə söhbətləşdik. Alentejo ənənələrini “Avroviziya” səhnəsinə gətirən beş dostla musiqiləri, hazırlıq prosesi və hissləri haqqında qısa müsahibəni təqdim edirik:

  1. “Bandidos do Cante” qrupu necə yarandı və “Rosa” mahnısını necə ərsəyə gətirdiniz? Bu mahnının hekayəsi nədir?

“Cante” qrupu musiqi sevgisi ilə birləşən beş dostdan ibarətdir. Çoxumuz fəaliyyətimizə ölkəmizin və bölgəmizin (Alentejo) ənənəvi musiqi tərzi olan “Cante Alentejano” ilə başlamışıq.

  1. Siz ənənəvi Portuqaliya musiqisindən, xüsusən də Alentejo bölgəsindən ilham almısınız. Bunu Avroviziya səhnəsi üçün necə müasirləşdirdiniz?

Biz Alentejo xalqının sadəliyini və musiqimizə xas olan harmoniyaları gətirəcəyik, bu, çox xüsusi bir an olacaq.

  1. 2026-cı ildə Vyanada keçiriləcək “Avroviziya”da Portuqaliyanı təmsil etmək sizin üçün nə deməkdir? Tamaşaçıları nə ilə təəccübləndirmək istəyirsiniz?

Ölkəmizi və xalqımızı təmsil edə bilmək bizim üçün çox özəldir. Çox həyəcanlıyıq.

  1. “Rosa” mahnısının əsas mesajı nədir? Dinləyicilərə və dünyadakı “Avroviziya” azarkeşlərinə nə demək istəyirsiniz?

Mahnımızı dinləyən hər kəsə dinclik, birlik və sevgi hissini ötürmək istəyirik.

  1. “Rosa” mahnısı ilə “Festival da Canção 2026″da qalib gəlmək necə bir hiss idi? Digər iştirakçılarla münasibətiniz necə idi?

Portuqaliyadakı mahnı müsabiqəsində qalib gəlmək möhtəşəm idi. Ənənəmizi oraya daşımaq və insanların hər bir sözü hiss etdiyini görmək çox həyəcanverici idi.

  1. “Avroviziya 2026” iştirakçıları arasında favoritləriniz varmı və ya hansı çıxışların enerjisi sizə daha yaxındır?

Antigoni – “Jalla” və Dara – “Bangaranga”. Onları bəyənirik, çünki əsl “parti” ab-havası var, biz də əyləncəni sevən oğlanlarıq.

  1. “Rosa” mahnısını “Avroviziya” səhnəsində canlı ifa edərkən hansı enerjini və vizual elementləri nümayiş etdirəcəksiniz?

Özümüzlə daha çox qızılgül aparırıq, qalanı isə sirdir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 83