Songfestival Azerbaijan

Bolqarıstan təmsilçisi DARA ilə müsahibəmiz baş tutub.

MƏQALƏNİ PAYLAŞ:

Bu il Vyanada keçirilən sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı DARA(Darina Yotova) “Bangaranga” adlı mahnısı ilə təmsil edəcək.

Songfestival Azerbaijan olaraq DARA ilə olan müsahibəmizi izləyicilərimizə təqdim edirik:

1. Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil edəcəyinizi öyrənəndə nə hiss etdiniz?
Bu, çox qeyri-real və emosional hiss idi və eyni zamanda böyük bir şərəfdir. Qürur duydum, amma eyni zamanda dərhal belə böyük səhnədə ölkəmi təmsil etməyin məsuliyyətini hiss etdim.

2. Sizin Avroviziya mahnınızın əsas hekayəsi və ya emosiyası nədir?
Mahnı azadlıq, özünə inam və kim olduğunuzu icazə almadan qeyd etmək haqqındadır. “Bangaranga” cəsarətli və açıq bir şey yaratmaq istədiyimiz bir anın nəticəsi idi. İlk demodan etibarən onun xüsusi bir enerjiyə sahib olduğunu bilirdik.

3. Musiqi stilinizi üç sözlə necə təsvir edərdiniz?
Cəsarətli, ifadəli və filtrsiz.

4. Avroviziyaya hazırlaşmaq çox intensiv ola bilər. Böyük səhnəyə necə hazırlaşırsınız?
Həm fiziki, həm də mental olaraq hazırlaşıram. Vokal üzərində çox işləyirəm, dözümlülüyümü artırıram və yalnız arenadakı insanlarla deyil, ekran qarşısındakı tamaşaçılarla da əlaqə qura biləcək performans üzərində fokuslanıram.

5. Səhnəyə çıxmazdan əvvəl hər hansı ritualınız varmı?
Səhnəyə çıxmazdan əvvəl qısa bir sakit an ayırmağı sevirəm ki, diqqətimi toplayım və özümü “yerə bağlayım”. Bu, performans rejiminə keçməyə və tam şəkildə anda olmağa kömək edir.

6. Əgər, hər hansı bir Avroviziya iştirakçısı ilə (keçmiş və ya indiki) əməkdaşlıq edə bilsəydiniz, kim olardı və niyə?
Yaradıcı risklərdən qorxmayan və sərhədləri aşan biri ilə əməkdaşlıq etmək istərdim. Avroviziya fərqli olmağa cəsarət edən sənətçilərlə doludur və bu cür cəsarətli, eksperimental enerji məni çox ilhamlandırır.

7. Heç Azərbaycan musiqisi dinləmisiniz? Bəyəndiyiniz hər hansı ifaçı və ya mahnı varmı?
Azərbaycan musiqisindən bir qədər eşitmişəm və onu olduqca maraqlı hesab edirəm. Daha çox araşdırmağa və müxtəlif ifaçıları tanımağa açığam.

Qeyd edək ki, Dara 1-ci yarımfinalın 1-ci hissəsində çıxış edəcək.

Ramin İmanov
Ramin İmanov
Articles: 53