Daha öncə xəbər verdiyimiz kimi, Gürcüstanı Vyanada keçiriləcək sayca 70-ci Avroviziya Mahnı Müsabiqəsində “Bzikebi” qrupu təmsil edəcək.
“Bzikebi” qrupu fanatlara yad olmayan addır, çünki qrup 2008-ci ildə Gürcüstanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək ölkəyə ilk qalibiyyətini gətirmişdi.
Qrup 3 nəfərdən: Giorgi Şiolaşvili, Mariam Kikuaşvili və Mariam Tatulaşvilidən ibarətdir. Onların ən məşhur mahnıları Uşaq Avroviziyada qalib olduqları “Bzzz” və Gürcüstanın ev sahibliyi etdiyi Uşaq Avroviziya 2025 Mahnı Müsabiqəsində qonaq sənətçi kimi ifa etdikləri yeni “We don’t sleep” mahnılarıdır.
Onların Avroviziya 2026 mahnısı “On Replay” süni intellektin insan həyatındakı yerinə qarşıdır və müasir dünyada insanın rolunu tərənnüm edir. Mahnının bəstəkarı Gigi Kukhianidze, söz yazarı isə ölkənin Uşaq Avroviziya 2014 təmsilçisi olmuş Lizi Caparidzedir(Lizi Pop).




