Songfestival Azerbaijan

İsveçrə “Avroviziya 2026” mahnısını elan etdi

MƏQALƏNİ PAYLAŞ:

İsveçrənin builki “Avroviziya” mahnı müsabiqəsi üçün mahnı seçimi elan edilib. Ölkənin daxili seçim formatı əsasında müəyyənləşdirdiyi qərara əsasən, Vyanada keçiriləcək 70-ci yubiley müsabiqəsində İsveçrəni tanınmış ifaçı Veronica Fusaro “Alice” adlı mahnı ilə təmsil edəcək.

Musiqi tənqidçiləri tərəfindən alternativ rok və soul elementlərinin sintezi kimi xarakterizə olunan “Alice” mahnısının müəllif heyətində ifaçının özü ilə yanaşı, beynəlxalq layihələrdəki uğurları ilə tanınan Charlie McClean yer alır.

Cari ilin iddialı bəstələrindən biri hesab olunan mahnının səhnə tərtibatı isə daha öncə Nemo və Mans Zelmerlow kimi qaliblərin şoularını hazırlayan isveçli rejissor Fredrik “Benke” Rydmana həvalə edilib.

Beynəlxalq festivallardakı çıxışları və 500-dən çox canlı konsert təcrübəsi ilə seçilən Veronica Fusaro, 14 may tarixində baş tutacaq ikinci yarımfinalın birinci hissəsində səhnəyə çıxaraq İsveçrənin növbəti uğuru üçün mübarizə aparacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 77