Songfestival Azerbaijan

Azərbaycanın “Avroviziya 2026” mahnısı təqdim olundu: “Just Go”

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın (Cəmilə Haşımova) “Just Go” adlı mahnısı və ona çəkilən klipi təqdim edilib.

Söz və musiqisi ABŞ-da yaşayan həmyerlimiz, bəstəkar Fuad Cavadova məxsus olan bu ballada, insanın çətin münasibətlərdən sonra daxili gücünü taparaq yeni bir həyata addım atmasından bəhs edir.

Mahnının aranjimanını Anar Keytarman, miks və masterinqini isə Rüstəm Rzayev həyata keçirib.

Rejissor Fərhad Əlinin quruluş verdiyi və aktyor Emin Useynovun rol aldığı ekran işində JIVA-nın vizual obrazı üzərində stilist Leyli Polayeva və vizajist Elnur Həsənov çalışıb.

Xatırladaq ki, 70-ci “Avroviziya” mahnı müsabiqəsi 2026-cı ilin may ayında Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 76