Vyanada keçiriləcək Avroviziya 2026 Mahnı Müsabiqəsində Çexiyanı Daniel Žižka “Crossdresser” adlı mahnısı ilə təmsil edəcək. Mahnı və klip 11 Mart, Bakı vaxtı ilə 23.00-da rəsmi Avroviziya “Youtube” kanalında təqdim ediləcək.
Praqada dünyaya gələn David 23 yaşında gənc müğənni, bəstəkar və aktyordur.
Onun mahnı yazmaq sahəsindəki işi indie pop və ambient musiqisinin elementlərini qarışdıraraq unikal və fərqli bir səs yaratmağa kömək edir. Žižka Çexiya pop radio siyahılarında çox erkən uğur qazanan əvvəlki səhnə adı altında musiqi buraxıb.
O, indi musiqisini öz adı altında təqdim edir və tezliklə yaradıcılıq səyahətində yeni bir başlanğıc və yeni bir addım nümayiş etdirəcək debut albomunu buraxmağa hazırlaşır.
Çexiya Avroviziya Mahnı Müsabiqəsində cəmisi 13 dəfə iştirak edib. 2007-ci ildə debut edən ölkə 2007-2009 periodunda ardıcıl olaraq finala keçə bilmədiyinə və 2009-cu ildə yarımfinalda 0 xal almasına görə müsabiqəyə uzunmüddətli fasilə verdi. Belə ki, 2009-cu ildə həm aşağı nəticələr, həm də ölkədə müsabiqəyə marağın az olması səbəbilə yerli yayımçı ČT müsabiqədən çəkildi, 6 il fasilədən sonra 2015-ci ildə müsabiqəyə geri qayıtdı. Ölkənin Avroviziyada ən uğurlu nəticəsi 2018-ci ildə Mikolas Josefin “Lie to me” adlı mahnısı ilə finalda 6-cı yer qazanması olub. Ölkəni son dəfə 2025-ci ildə “Kiss Kiss Goodbye” mahnısı ilə təmsil edən Adonxs isə yarımfinalda 29 xal toplayaraq 12-ci olmuş, beləcə finala çıxa bilməmişdi.




