Songfestival Azerbaijan

Bandidos do Cante “Rosa” mahnısı ilə Portuqaliyanı “Avroviziya”da təmsil edəcək.

MƏQALƏNİ PAYLAŞ:

Portuqaliyanın “Festival da Canção 2026” yarışmasının qalibi məlum olub. Bu il ölkəni “Avroviziya”da “Bandidos do Cante” qrupu “Rosa” mahnısı ilə təmsil edəcək.

Beja bölgəsindən olan beş gəncin təmsil olunduğu qrup, finalda həm münsiflərdən, həm də tamaşaçılardan gələn yüksək xallarla cəmi 22 xal ilə birinci yeri tutublar. Onlar səsvermədə ən yaxın rəqibləri Dinis Mota və “Nunca Mates o Mandarim”i qabaqlamağı bacarıblar.

“Rosa” mahnısı Portuqaliyanın ənənəvi “Cante Alentejano” üslubu ilə müasir pop musiqisinin birləşməsindən ibarətdir. Səhnədə sadə tərtibata və violin müşayiətinə üstünlük verən qrup, bu sintezlə həm yerli irsi qoruyub, həm də müasir dinləyicinin diqqətini çəkib.

Qrup üzvləri qalibiyyətdən sonra verdikləri açıqlamada Vyanada keçiriləcək müsabiqəyə ciddi hazırlaşdıqlarını və ölkə mədəniyyətini layiqincə nümayiş etdirəcəklərini qeyd ediblər.

Xatırladaq ki, Portuqaliya “Avroviziya 2026″nın mayın 12-də keçiriləcək birinci yarımfinalında çıxış edəcək.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 76