Songfestival Azerbaijan

Birləşmiş Krallıq “Avroviziya 2026” Mahnısını Təqdim Etdi: Look Mum No Computer-dən “Eins, Zwei, Drei”

MƏQALƏNİ PAYLAŞ:

Birləşmiş Krallıq “Avroviziya 2026” təmsilçisi Look Mum No Computer, gözlənilən “Eins, Zwei, Drei” adlı mahnısını və onun klipini təqdim edib. BBC-nin daxili seçimi ilə Vyanaya yollanacaq sənətçinin bu layihəsi, rejissor Johnny Goddard tərəfindən məşhur Pinewood Studios-da ekranlaşdırılıb.

“A Running Commentary” prodüser şirkətinin rəhbərliyi, Matt Gant-ın quruluşçu rejissorluğu və Louis Brennan-ın operator işi ilə ərsəyə gələn klip, sənətçinin analoq sintizatorlara və texnoloji ixtiralara olan marağını bir şouya çevirir.

Klipin çəkilişlərində sənətçinin şəxsi muzeyi olan “This Museum is (not) Obsolete”un estetikasına və Mitchel Johns-un texniki məsləhətçiliyi ilə hazırlanan “Kosmo” elementlərinə xüsusi yer verilib.

Mahnı həm adı, həm də eksperimental synth-pop tərzi ilə Britaniyanın builki müsabiqədə daha kreativ və fərqli bir istiqamət seçdiyini təsdiqləyir.

Calum Harvey-in kostyum dizaynı və Marcos Gurgel-in saç stilistikası ilə tamamlanan bu futuristik imaj, Sam Battlenin yutuber və mühəndis kimliyini Avroviziya səhnəsinə daşıyır.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 76