İtaliya musiqisinin ən böyük hadisəsi olan 76-cı “Sanremo Musiqi Festivalı” final gecəsi yekunlaşıb və builki qalibin adı açıqlanıb.
Müsabiqənin həlledici mərhələsində Fedez & Masini, Arisa, Ditonellapiaga, Sal Da Vinci və Sayf ən güclü beşlik olaraq superfinala vəsiqə qazanıblar.
Təsadüfi ardıcıllıqla təqdim olunan bu beşlik arasında keçirilən gərgin səsvermənin nəticələrinə əsasən, Sal Da Vinci özünün “Per sempre sì” mahnısı ilə rəqiblərini geridə qoyaraq festivalın mütləq qalibi elan edilib.
Sənətçinin “Avroviziya” 2026-da İtaliyanı təmsil edib-etməyəcəyi ilə bağlı qərarın mətbuat konfransında açıqlanacağı bildirilsə də, builki zəfər artıq musiqi dünyasında və sosial mediada səs salıb.
Eyni zamanda, festivalın gələcəyi ilə bağlı mühüm yeniliklər də diqqət mərkəzindədir belə ki, 2027-ci ildən etibarən Stefano De Martino Sanremonun yeni art-direktoru vəzifəsini icra edəcək.




