Songfestival Azerbaijan

Serbiyanı Lavina təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Serbiyanı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində “Lavina” qrupu “Kraj Mene” adlı mahnısı ilə təmsil edəcək.

“Lavina” Serbiyadan olan pop-rok / alternativ rok qrupudur. Qrup melodik rok və emosional pop elementlərini birləşdirir. Onların mahnılarında romantik və nostalji mövzular, güclü vokal melodiyaları, müasir rok aranjmanları tez-tez hiss olunur. Qrupun səhnə performansları daha çox emosional atmosfer və minimalistik vizual üslubla seçilir. Mahnıları “Kraj mene” sevdiyin insanın yanında olmaq, emosional bağlılıq mesajları ötürür.

Serbiya bu il də “Pesma Za Evroviziju“ adlı seçim turu ilə təmsilçisini müəyyən etdi. 2 yarımfinal və 1 finaldan ibarət olan müsabiqənin finalı Belqrad şəhərində keçirildi. Hər yarımfinaldan 8 nəfərin haqq qazandığı final mərhələsində qalib 50% telesəsvermə və 50% münsif səsverməsi nəticələrinə əsasən müəyyən edildi. Lavinanın əsas rəqibləri keçən il də müsabiqəsə iştirak etmiş, bu il isə Ivana Krunić ilə duet olaraq yarışmaya qatılan “Harem Girls” adlı serb drag-queen qrupu və güclü mesaja sahib “Jugoslavija” mahnısı ilə Zejna idi.

Ramin İmanov
Ramin İmanov
Articles: 31