Songfestival Azerbaijan

“Melodifestivalen”də 5-ci yarımfinalın nəticələri məlum olub:

MƏQALƏNİ PAYLAŞ:

İsveçdə “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim turunun “Melodifestivalen”in beşinci yarımfinal mərhələsi yekunlaşıb. 

Səsvermənin nəticələrinə əsasən, finala birbaşa vəsiqə qazanan və “ikinci şans” mərhələsinə qalan iştirakçılar müəyyənləşib.

Gecənin səsvermə nəticələrinə görə, Lilla Al-Fadji “Delulu” adlı bəstəsi ilə yarımfinalın qalibi olub. O, topladığı səs sayına görə qrupun birincisi kimi birbaşa finala adlayıb. Yarışmanın digər iştirakçısı, 2014-cü ildə İsveçi “Avroviziya”da təmsil etmiş Sanna Nielsen “Waste Your Love” mahnısı ilə ikinci yeri tutaraq martın 7-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanan növbəti təmsilçi olub.

Yarımfinalın sonunda builki yeni qaydalara əsasən finalın tam heyətini formalaşdırmaq üçün əlavə səsvermə mərhələsi baş tutub. Bu mərhələdə Meira Omar rəqiblərini geridə qoyaraq müsabiqənin 11-ci finalçısı olub. Yarışmanın sonuncu finalistinin adı isə gərgin mübarizədən sonra bəlli olub. Robin Bengtsson 233 xal toplayaraq “Melodifestivalen 2026”-nın finalına adlayan sonuncu – 12-ci iştirakçı kimi adını siyahıya yazdırıb.

Gecəni üçüncü pillədə tamamlayan AleXa isə birbaşa final şansını itirib. Lakin o, müsabiqədən kənarlaşmır və finalın sonuncu vəsiqəsi uğrunda mübarizə aparmaq üçün ikinci şans mərhələsinə göndərilib. AleXa bu mərhələdə digər yarımfinallardan gələn rəqibləri ilə birlikdə sonuncu final yeri üçün yenidən səhnəyə çıxacaq.

https://www.svtplay.se/video/84dMkqW
Əli Hüseyn
Əli Hüseyn
Articles: 67