Norveçi Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində Jonas Lovv “Ya ya ya” adlı mahnısı ilə təmsil edəcək.
Jonas Lovv əslən İsveçli müğənnidir. O, Skandinaviyada gənc və perspektivli sənətçi kimi tanınır. Əsasən, pop janrında fəaliyyət göstərir. Bhndan əlavə, alternativ pop və müasir elektro elementlərdən də istifadə edir.
Norveç bu il də təmsilçisini “Norsk Melodi Grand Prix” adlı seçim turu ilə müəyyən etdi. Müsabiqəyə bu il 1500-dən çox müraciət qəbul edilmişdi. Bu il ilk dəfə NRK radio dueli baş tutdu və 1 iştirakçı duel qalibi olaraq izləyicilər tərəfindən seçildi. Finalda isə qalib 60% telesəsvermə və 40% münsif səsverməsi hesabına müəyyən edildi.




