Songfestival Azerbaijan

Bolqarıstan Avroviziya 2026 mahnısını da seçdi

MƏQALƏNİ PAYLAŞ:

Daha öncə 31 yanvarda milli seçim turu keçirən Bolqarıstan 8 namizəd arasından “Avroviziya 2026” təmsilçisini seçmişdi. Münsif və tamaşaçı səsverməsinin nəticəsində 30 xal toplayaraq 7 rəqibini də geridə qoyan DARA(Darina Yotova) ölkəsini Vyanada təmsil etməyə haqq qazanmışdı.

28 fevralda keçirilən Dara üçün mahnı seçim mərhələsi digər mərhələdən fərqli idi. Belə ki, Dara həm öz komandası ilə hazırladığı mahnını, həm də aralarında məşhur bəstəkarlar Dimitris Kontopoulos və Cristian Tarcea olan beynəlxalq heyət tərəfindən hazırlanmış 2 mahnını canlı olaraq ifa etdi. Sözügedən mahnılar aşağıdakılardır:

  1. This is me
  2. Curse
  3. Bangaranga

Mahnıların Dara tərəfindən təqdim edilməsinin ardınca səsvermə başlasdı. Bolqar yayımçı BNT daha öncə səsvermə sistemi barədə məlumatı təsdiqləmişdi. Belə ki, 3 mahnı 10 nəfərlik professional münsif heyəti tərəfindən 3-2-1 xal formatında qiymətləndiriləcək, sonra eyni formatda onlayn səsvermə nəticələri də əlavə olunacaqdı. Səsvermə nəticəsində ən çox xal toplayan “Bangaranga” mahnısının DARA tərəfindən “Avroviziya 2026”-da ifa ediləcəyi müəyyən olundu.

Ramin İmanov
Ramin İmanov
Articles: 31