Finlandiyanı 70-ci Avroviziya Mahnı Müsabiqəsində Linda Lampenius & Pete Parkkonen dueti “Liekinheitin” adlı mahnı ilə təmsil edəcək.
Fin pop-star Pete Parkkonen və əfsanəvi piano ifaçısı, beynəlxalq olaraq Linda Brava adı ilə tanınan Linda Lampenius dueti Finlandiya bayrağını Vyanada daşımaq hüququ qazandı.
Linda Lampenius 1970-ci ildə doğulub. Sənətçi uşaq yaşlarından klassik musiqi ilə maraqlandığı üçün 8 yaşında məktəb orkestrına daxil olub. Elə məktəb yaşlarından etibarən, Şimali Amerika, Avropa, Rusiya və Asiyada qatrollarda olmağa başlayıb. O demək olar ki, hər janrda: caz, xalq musiqisi(əsasən skandinav), rok, classic crossover, klassik, pop ifa edib. Eyni zamanda UMK 2025-də qonaq sənətçi kimi “The Shanghain Valot” mahnısını ifa edərək yerli mediyada səs-küyə səbəb olmuşdu.
Pete Parkkonen 1990-cı ildə Elämäjärvidə dünyaya gəlib. Finlandiyada hitləri ilə məşhur olan müğənni pop,rok janrlarında ifa edir, eyni zamanda professional şəkildə gitara ifaçısıdır. Həmçinin, sənətçinin bəstəkar karyerası da var. Petenin karyerası 2008-ci ildə “Idols” televiziya müsabiqəsinə qatılmaqla başladı. Müsabiqədə iştirakından sonra o, ölkəsində ən məşhur gənc rok ulduzu olmağı bacarmışdı. Petenin “Kohta saata”, “Mun koti ei oo täällä“ mahnıları fin çartlarında böyük uğura imza atıb.
Finlandiya bu il də ənənəsinə sadiq qalaraq “Uuden Musiikin Kilpailu” adlı milli seçim turu ilə müəyyən etdi. 9 finalçının yarışdığı şou ölkənin Tampere şəhərində “Nokia Arena”-da baş tutdu. Qalib 50% münsif və 50% telesəsvermə nəticələrinə əsasən müəyyən olunub.




