Azərbaycanın Avroviziya təmsilçisi Samirə Əfəndi, 13 noyabr 2026-cı il tarixində Niderlandın Amsterdam şəhərində yerləşən Ziggo Dome arenasında keçiriləcək “Het Grote Songfestivalfeest” konsert proqramında çıxış edəcək.
Cümə gününə təyin olunan bu irimiqyaslı tədbirdə sənətçi özünün müsabiqə hitlərini və tanınmış mahnılarını ifa edəcək.
Avropanın müxtəlif ölkələrindən olan Avroviziya ulduzlarını bir araya gətirən bu illik festival çərçivəsində Əfəndi, minlərlə tamaşaçı qarşısında özünəməxsus səhnə şousu ilə çıxış edəcək.




