Songfestival Azerbaijan

Serbiya: “Pesma za Evroviziju 2026″da ikinci yarımfinal başa çatdı.

MƏQALƏNİ PAYLAŞ:

Serbiyanın “Avroviziya 2026” təmsilçisini müəyyən edəcək “Pesma za Evroviziju 2026” milli seçim turunda ikinci yarımfinal mərhələsi başa çatıb.

Fevralın 26-da baş tutan canlı şouda 12 ifaçı mübarizə aparıb və onlardan yalnız 7-si münsif heyəti və tamaşaçı səsverməsinin nəticəsində finala vəsiqə qazanıb.

İkinci yarımfinalın finalçıları:

Gecənin sonunda növbəti mərhələyə keçən ifaçılar aşağıdakı kimidir:

GEMINNI – «Metar sreće»

Brat Pelin – «Fräulein»

Zona – «Čairi»

LU – KA – «Veruj»

LAVINA – «Kraj mene»

Jack Lupino – «Adrenalin»

Harem Girls x Ivana – «Bom Bom»

Təəssüf ki, Aleksandar, Milica Burazer, Sanja Aleksić, Avgust və Aleksandra Sekulić bu mərhələdə yarışma ilə vidalaşmalı olublar.

İkinci yarımfinalın nəticələri ilə artıq finalın tam heyəti formalaşıb. Ümumilikdə 14 ifaçı fevralın 28-də Serbiyanı Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək “Avroviziya 2026″da təmsil etmək üçün mübarizə aparacaq. Final gecəsində həmçinin Yunanıstanın builki təmsilçisi Akylas qonaq qismində öz mahnısını ifa edəcək.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 67