Songfestival Azerbaijan

“Melodifestivalen 2026” : İsveçin Milli Seçim Turunda Dördüncü Mərhələ Yekunlaşdı

MƏQALƏNİ PAYLAŞ:

İsveçdə “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim turu olan “Melodifestivalen 2026”-nın dördüncü mərhələsi yekunlaşıb.

21 fevral gecəsi baş tutan bu turda altı fərqli ifaçı öz ifalarını təqdim edərək finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Gərgin keçən səsvermənin nəticələrinə əsasən, ötən illərdən tamaşaçıların sevimlisi olan “Smash Into Pieces” qrupu “Hollow” adlı mahnısı ilə birinci raundun qalibi olaraq birbaşa finala adını yazdırıb.

İkinci raundda isə yaş qrupları üzrə ən yüksək balı (88 xal) toplayan gənc ifaçı Cimberly “Eternity” mahnısı ilə finalın ikinci iştirakçısı olmağı bacarıb.

Yarışmanın digər pillələrində də maraqlı nəticələr qeydə alınıb. Meira Omar “Dooset Daram” mahnısı ilə 76 xal toplayaraq üçüncü yeri tutub və ikinci şans mərhələsinə keçid edib.

Siyahının davamında isə 58 xalla Erika Jonsson dördüncü, 43 xalla Timo Räisänen beşinci və 39 xalla Felix Manu altıncı pillədə qərarlaşaraq müsabiqə ilə vidalaşıblar.

Malmö Arena-da baş tutan bu gecə həm səhnə şouları, həm də gərgin səsvermə prosesi ilə yadda qalıb.

İndi bütün diqqətlər fevralın 28-də Sundsvall şəhərində keçiriləcək beşinci tur və 7 mart tarixinə təyin edilmiş final gecəsinə yönəlib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 67